IQNA

İranın Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi keçirilib

1:35 - January 27, 2025
Xəbər sayı: 3497507
İQNA - İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi İmam Rzanın (ə) hərəminin yanında keçirilib.

"İQNA"-nın Xorasan Rəzəvidən verdiyi xəbərə görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi İmam Rzanın (ə) hərəminin yanında başlayıb: İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi yanvarın 26-sı bazar günü axşam saatlarında müqəddəs Məşhəd şəhərində Rəzəvi ziyarətgahının Qüds zalında başlayıb.

Mərasim, Qurani-Kərimin beynəlxalq qarisi, İranda keçirilən 40-cı Beynəlxalq Quran Müsabiqəsində birinci yeri tutmuş Hadi Əsfidaninin “İsra” surəsindən ayələrin tilavəti ilə başlayıb.

Quran kanalı, Səhər Azəri, Urdu, Əfqan, Səhər Kürd kanallarından 41-ci Beynəlxalq Qurani-Kərim Yarışmasının canlı verilib. Həmçinin 41-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin açılış mərasimi televizianın Quran və Maarif kanalı, Quran Radiosu, Vəqf İnternet kanalı, Vəqf Təşkilatının aparatı, Onlayn İdarə Heyəti və müqəddəs Məşhədin 60 beynəlxalq kanalı vasitəsilə canlı yayımlanıb.

Yarışların bu mərhələsi Vəqflər və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətülislam Vəl-Müslimin Seyid Mehdi Xamuşinin çıxışı ilə müşayiət olunub. Mərasimi həmçinin Quran xidmətçisi Abbas Səlimi və Quran fəalı, tanınmış ərəb dili mütəxəssisi Əhməd Nəcəf aparacaqlar.

Açılış mərasiminin digər proqramlarına İmam Rza (ə) surud qrupunun ifası, eləcə də İranın dindar şairlərindən birinin şeir oxuması daxildir.

4262014

captcha