"Əl-Qüds Əl-Ərəbi" saytının verdiyi məlumata görə, İslami Cihad və Fələstin Mücahidləri hərəkatları ABŞ prezidentinin Misir və İordaniya daxil olmaqla, bölgə ölkələrində fələstinli qaçqınların məskunlaşdırılması ilə bağlı açıqlamalarına reaksiya verib.
Fələstində İslami Cihad Hərəkatı Trampın açıqlamalarına reaksiya verən bəyanat yayıb.
İslami Cihad bildirib ki, Trampın bəyanatları “ifrat sağçı sionist hərəkatının proqramlarının ən pis tərəflərinə uyğundur”.
Misir və İordaniya daxil olmaqla bütün dünya ölkələrinin bu çirkin təklifə qarşı çıxmasını tələb edən İslami Cihad Fələstin xalqının davamlı müqaviməti ilə keçmişdə digər işğal layihələrində olduğu kimi bu planın da iflasa uğrayacağını bildirib.
Fələstin Mücahidləri Hərəkatı bazar günü verdiyi bəyanatda Trampın Qəzza sakinlərinin qonşu ölkələrə köçürülməsi ilə bağlı bəyanatlarını kəskin şəkildə pisləyib. Həmçinin bu bəyanatın yeni sui-qəsd və hücumların yeni variantı olduğunu vurğulayıb.
Açıqlamada deyilir ki, Trampın təklifi “İsrailin Fələstin xalqını köçürmək üçün bəyan etdiyi səylərə” uyğun gəlir. Bildirilib ki, ABŞ prezidentinin bu bəyanatlarından işğalçıların razı qalması təəccüblü deyil.
Bəyanatda, onilliklər ərzində həyata keçirilən əvvəlki köçürülmə planları kimi, bu planın da uğursuzluğa düçar olacağına diqqət çəkilərək, “Fələstinlilərin köçürülməsi bu ideyanı ortaya atanın təxəyyülündə bir fantaziya olaraq qalacaq” ifadəsi işlədildi.
“Reuters”in verdiyi məlumata görə, Tramp İordaniya kralı ilə Qəzzədən insanların köçürülməsinə dair danışdığını açıqlayıb və ondan hazırda əsl xaosun hökm sürdüyü Qəzzadan ölkəsinə daha çox fələstinli verilməsini istəyib.
Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb və deyib: “Mən Misirin insanları qəbul etməsini istərdim.
4261935