IQNA

Misirli ekspertin ekstremist sionist ravvinə cavabı

2:22 - February 05, 2025
Xəbər sayı: 3497566
İQNA - İfratçı sionist ravvinin misirliləri təhdid edən və onların fələstinlilərə yardımlarını tənqid edən açıqlamaları misirli ekspertin cavabı ilə qarşılanıb.

"İQNA"-nın "Rossiya ƏEl-Yəvm"-a istinadən verdiyi məlumata görə, Əyn Şəms Universitetinin ivrit dili ustadı və İsrail məsələləri üzrə mütəxəssisi Məhəmməd Əbboud Fələstinlilərə kömək etdiyi üçün misirliləri hədsiz qəzəblə hədələyən ekstremist sionist ravvin Nir Ben-Artziyə cavab verib.

O, qeyd etdi: "Ravvin Ben Artzi qeybi bildiyini, fövqəltəbii qabiliyyətlərə və ravvin qiyafəsində peyğəmbər gücünə sahib olduğunu iddia edir. Həmçinin o, İsraillə qonşuları arasında regional münaqişələrin taleyini, regionda və dünyada müharibə ehtimalını proqnozlaşdıra bil diyini deyir".

Əbboud əlavə etdi: "Şöhrət axtaran bu yəhudi ravvin, israillilərin ümumiyyətlə Misirdən, xüsusən də Misir ordusunun gücündən qorxduqlarını və Misirlə müharibə təcrübəsi 1973-cü ilin oktyabr müharibəsində qələbə ilə başa çatdığını bildirib". Bunu israillilər qiyamət müharibəsi adlandırırlar.

O qeyd etdi: "Ben Artzi uğursuz bir şarlatandır, çünki o, əvvəllər Misirin Sinayda İŞİD-i məhv edə bilməyəcəyini və Tanrının dünyanı zəlzələ, tufan və daşqınlarla məhv edəcəyini, lakin İsrailin fəlakətlərdən sağ çıxacağını proqnozlaşdırmışdı. Bir halda ki, onun heç bir proqnozu həyata keçmədi".

O, sözübə belə davam etdi: "Mənim fikrimcə, Ben Artzi sadəcə olaraq qeyb dünyasını bildiyini iddia edən bir şarlatandır; Əvvəllər peyğəmbərlik iddiasında olan biridir. Bu iddialara görə, Ben Artzinin ətrafına onlarla tərəfdar və şagird toplandı və o, təxminən 30 milyon dollar sərvət topladı, ona qarşı bir neçə fırıldaqçılıq, şantaj və uşaq cinsi istismarı da qaldırıldı".

Bu ultra-ortodoks yəhudi ravvin əvvəllər çıxışında iddia etmişdi ki, Təl-Əviv Filadelfiya oxunu fələstinlilərə verməkdə böyük səhvə yol versə, Misir və fələstinlilərdən ağır zərbə ala bilər. Çünki bu oxu həqiqətən idarə edənlər misirlilərdir.

4264104

Teqlər: misir ، ravvin ، sionist ، ektremist
captcha