IQNA

HƏMAS: "Trampın Qəzza ilə bağlı açıqlamaları onun dərin məlumatsızlığından irəli gəlir"

2:52 - February 11, 2025
Xəbər sayı: 3497597
İQNA - ABŞ prezidentinin Qəzza ilə bağlı dəfələrlə verdiyi açıqlamalara cavab olaraq HƏMAS bu açıqlamaların absurd olduğunu və onun Fələstin və regionla bağlı dərin məlumatsızlığını nümayiş etdirdiyini vurğulayıb.

"İQNA"-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS lideri İzzət ər-Rişq ABŞ prezidentinin Qəzzə ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatlara cavab olaraq, bu açıqlamaların absurd olduğunu və onun Fələstin və regionla bağlı dərin məlumatsızlığını əks etdirdiyini vurğulayıb.

Əl-Rişq ABŞ Prezidenti Donald Trampın Qəzzanı satın alması və ona sahib olması ilə bağlı iddialarını pisləyərək, bu bəyanatları absurd adlandırıb və vurğulayıb: "Qəzza alına və satıla bilən mülk deyil, əksinə, işğal olunmuş Fələstin torpaqlarının ayrılmaz hissəsidir, Qəzzə xalqına məxsusdur və onlar heç vaxt şəhərləri tərk etməyəcəklər.

Bazar ertəsi səhər Tramp jurnalistlərə bir daha Qəzzanı satın almağa və ona sahib olmağa qərarlı olduğunu iddia etdi.

Həmçinin Həmas hərəkatının sözçüsü Trampın sözlərinə cavab olaraq vurğulayıb ki, sionist rejimin 15 ayda əldə etmədiyi şeyə Tramp daşınmaz əmlak sövdələşmələri ilə nail olmayacaq.

HƏMAS hərəkatının sözçüsü Əbdül-Lətif əl-Qanua, Qəzza zolağında baş verən hadisələrlə bağlı deyib: "Qəzza zolağı, xalqı və döyüşçüləri tərəfindən azad edilmiş bir torpaqdır və orada hər hansı xarici işğalçı qüvvələrin olması qadağandır".

4265211

captcha