Tunis xəbər agentliyinin verdiyi məlumata görə, Milli İrs Mərkəzi və Müasir Məğrib Araşdırma İnstitutu ilə birgə təşkil olunan sərgi Quranın orta əsrlərdən Avropanın fəlsəfi, dini və mədəni fikrinə təsirini araşdırmaq məqsədi ilə başlayıb və aprelin 30-dək davam edəcək.
Bu sərgidə Tunis müəssisələrindən və dünyanın digər muzeylərindən 80-dən çox əlyazma və nadir Quran sənədləri ictimaiyyətə təqdim olunub.
Bu sərgi istər akademik tədqiqatlarda, istərsə də mədəni və intellektual müzakirə görüşlərində Avropa yanaşmalarında Qurana necə yanaşmalı olduğuna dair yeni perspektiv təqdim edir və təqdimat sensor ekranlar, rəqəmsal xəritələr və video kliplər kimi müasir texnologiyalarla həyata keçirilir.
Tunis-Afrika Xəbər Agentliyinə danışan Tunis Milli Kitabxanasının direktoru Xalid Kaşir sərginin ənənəvi Şərq və Qərb sərhədlərini aşan bir mesaj daşıdığını və məqsədinin İslam və Avropa arasında mədəni kəsişməni göstərmək olduğunu bildirib.
O, həmçinin bildirib ki, bu, 2019-cu ildə Avropa Tədqiqat Şurasının maliyyəsi ilə başlanmış tədqiqat layihəsidir və Avropa İttifaqının mədəniyyət layihəsinə dəstək istiqamətində mühüm addımdır.
Bu sərgi Qurani-Kərimin və İslam əlyazmalarının Ərəb Məğribi (Afrikanın şimal və şimal-qərb hissəsində yerləşən beş ölkə) ilə Avropa arasında ötürülməsi prosesini təsvir edir və Quranın Avropada, orta əsrlərdə və müasir dövrdə necə intellektual müzakirələr oxuna çevrildiyini göstərən tarixi sənədləri nümayiş etdirir.
Tunis sərgisi təkcə tarixi sənədləri təqdim etmir, həm də Quranın Avropa mədəniyyətindəki yeri və onun Avropadakı intellektual və fəlsəfi müzakirələrdəki rolu, xüsusən də müasir dövrdə Quran tərcümələrinin geniş istifadəsindən sonra daha dərin sualları qaldırmaq məqsədi daşıyır.
4266511