İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda Fələstinin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl-Naxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Ayətullah Xamenei görüşdə Qəzzə zəfərini təbrik edərək deyib: "Fələstin müqavimətinin liderləri və döyüşçülərinin birliyi, düşmənə qarşı sərt mövqeləri və mürəkkəb danışıqlar prosesinin irəliləməsi üçün göstərdikləri böyük səylər, eləcə də Qəzza xalqının göstərdiyi səbr və mətanət müqaviməti regionda qürurlandırıb" dedi.
İslami müqavimət və Qəzzə xalqının düşmən sionistlərə və ABŞ-a qarşı əldə etdiyi uğuru böyük bir qələbə kimi xarakterizə edən Ayətullah Xamenei deyib: "Bu qələbə müqavimət mübarizələrində yeni bir səhifə açdı".
“ABŞ-ın Qəzza planı heç bir nəticə verməyəcək”
Həzrət Ayətullah Xamenei ABŞ-ın Qəzza və Fələstinlə bağlı təklif etdiyi bəzi axmaq planlara toxunaraq, “Bu planlar heç bir nəticə verməyəcək və il yarım əvvəl müqaviməti qısa zamanda məhv edəcəklərini iddia edənlər indi kiçik qruplar halında öz əsirlərini müqavimətdən götürür və çoxlu fələstinli məhbusları geri qaytarırlar” dedi.
İslam İnqilabının Rəhbəri Fələstin müqavimətinin sionist məhbusları təslim etmək üsulunun müqavimətin böyüklüyünü göstərdiyinə diqqət çəkərək dedi: "Hazırda dünya ictimai rəyi Fələstinin tərəfindədir və bu şəraitdə müqavimət və Qəzzə xalqının razılığı olmadan heç bir plan nəticə verməyəcək".
4266977