TRT News-un verdiyi məlumatına görə, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Wickede qəsəbəsindəki DİTİB Anadolu məscidinin iki gün əvvəl şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən daş-qalaq edildiyi açıqlanıb.
DİTİB-dən verilən açıqlamada, hücum nəticəsində məscidin giriş qapısının zədələndiyi bildirilib.
Fevralın 15-də Hessen əyalətinin Sulzbax şəhərindəki DİTİB məscidinin çöl hissəsində ksenofob, irqçi və ifrat sağçı şüarların və svastikanın çəkildiyi bildirilib.
Açıqlamada hər iki hadisə ilə bağlı polisə müraciət edildiyi və polisin araşdırmalara başladığı bildirilib.
DİTİB-in verdiyi yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Məscidlərə hücumlar tək bir hadisə deyil. Bunlar müsəlmanlara qarşı irqçiliyin ifadəsidir və qorxu yaymaq məqsədi daşıyır. Bu cür hərəkətlərə göz yumulmamalıdır. Hər cür nifrət və zorakılığa qarşı aydın mövqe nümayiş etdirilməlidir".