IQNA

Şəhidlər Nəsrullah və Səfiyyuddinin dəfn mərasimi ilə bağlı Həmasın bəyanatı

2:47 - February 24, 2025
Xəbər sayı: 3497677
İQNA - İslami Müqavimət Hərəkatı HƏMAS şəhid Nəsrullah və Səfiyyuddinin dəfn mərasimi ilə bağlı verdiyi açıqlamada Hizbullahın şəhid baş katibinin Fələstin və Qəzza xalqına dəstəyini vurğulayıb.

"İQNA"-nın "Şahab" ​​Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, HƏMAS İslami Müqavimət Hərəkatı şəhid Seyid Həsən Nəsrullahın dəfn mərasimi ilə bağlı bəyanat yayıb: “İki şəhid lider Seyid Həsən Nəsrullah və Seyid Haşim Safiyyuddinlə böyük vida günü onların pak ruhlarına ehtiramlarını bildirir, Fələstini dəstəkləməkdə tutduqları möhkəm mövqeləri və Qüds uğrunda böyük şəhidliklərini xatırlayırıq”.

HƏMAS bildirib: "Livandakı iki böyük şəhid və Hizbullahın iki baş katibi, şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Safiyyuddinlə vidalaşır. İslami Müqavimət Hərəkatında (HƏMAS) bir daha Allahdan bütün ərəb xalqına və Livan xalqına başsağlığı veririk. Uca Allahdan onların ailələrinə və İslam müqavimətində olan qardaşlarına və dünyadakı müqavimət xalqlarına səbr diləyirik".

Bəyanatda deyilir: “Biz bu böyük gündə şəhid Seyid Həsən Nəsrullahın cəsarətli və şərəfli mövqelərini, Fələstin məsələsində prinsipial və qətiyyətli mövqeyini yad edirik. Biz onların qəddar sionist təcavüzü, soyqırım müharibəsi və faşist işğalçılarının onlara etdikləri təhdidlərinə qarşı Qəzza zolağı xalqını dəstəkləmək üçün cəbhə yaratmaqda israrlarını xatırlayırıq”.

HƏMAS bəyan edib: "Biz vurğulayırıq ki, sionist işğalçıların cinayətləri və Fələstində, Livanda və başqa yerlərdə müqavimət komandirlərini öldürmək üçün etdikləri qorxaq əməliyyatlar bu mübarək yolun davamına heç vaxt mane olmayacaq. Bu, bizim yalnız şəhid komandirlərin və rəhbərlərin yolu ilə getmək, bütün bölgəni təhdid edən işğalçıların kökünü kəsmək, eləcə də onu qəsb edən sionistlərdən təmizləmək üçün torpaqları və müqəddəs yerləri geri almaq israrımızı artırır".

4267918

captcha