IQNA

Ramazan ayı möminlər üçün böyük bir bayramdır

4:01 - March 03, 2025
Xəbər sayı: 3497717
İQNA – İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei “Ramazan ayı möminlər üçün böyük bayramdır” deyib.

Mübarək Ramazan ayının ilk günündə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hüzurunda Qurani-Kərimlə üns və yaxınlaşma məclisi keçirilib.

Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən tədbirdəki çıxışında Ramazan ayının möminlər üçün böyük bayram olduğunu bildirib və deyib: "Şəxsi və ictimai həyatımızda olan problemləri Quranla həll etmək olar".

Qurani-Kərimdə dünyada güc sahibi olanlarla necə davranmaq barədə nəsihətlər olduğunu izah edən Ayətullah Xamenei, “Bu gün biz dünyanın güclü cəbhəsi ilə üz-üzə qalan ölkələr sırasındayıq. Bunlarla necə məşğul oluruq? Bunlarla necə davranılacağına dair göstərişlər Quranda var. Hansı mərhələdə onlarla dialoq quracağıq, hansı mərhələdə əməkdaşlıq edəcəyik, hansı mərhələdə ağızlarına yumruq atacağıq, hansı mərhələdə qılıncımızı çəkəcəyik? Bütün bunlar Quranda açıq şəkildə ifadə olunub".

captcha