IQNA

Əl-Əzhər Universitetinin prezidenti: “Quranın ritorik möcüzəsi misilsizdir”

5:59 - March 09, 2025
Xəbər sayı: 3497760
İQNA - Misirin Əl-Əzhər Universitetinin rektoru Sələmə Davud “Yasin” surəsinin 37-ci ayəsinə işarə edərək dedi: Qurani-Kərim misilsiz bəlağəti ilə seçilir.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Universitetinin prezidenti Misirin “Ən-Nas” peyk kanalında “Bəlağətul-Quran vəl-sünnə: Quran və sünnənin ritorikası” verilişinin qonağı olub və Quran ayələrinin ritorik möcüzəsi ilə bağlı izahatlar verib.

O, “Yasin” surəsinin 37-ci ayəsinə “Gecə də onlar üçün bir ibrətdir: Biz gündüzü ondan çıxarırıq və onlar zülmətə qərq olurlar” işarə edərək dedi: “Ayədəki “nəsləhu” sözünün ifadədə çox yüksək səviyyədə dəqiqliyi ifadə etdiyini və gündüzün gecədən çəkilməsinin özünəməxsus tərzdə təsvir edildiyini bildirmişdir.

Ayədə gündüzün gecədən alınması ilə bağlı işlədilən fel həm “dərini soymaq”, “qabığı soymaq”, həm də “çıxarmaq” mənasındadır.

Qurani-Kərimin bu ayəsində “Nesləhu” sözü ilə möhtəşəm bir kosmik mənzərə olan, getdikcə yoxa çıxan və qaranlığa çevrilən günə işarə edilir.

Qaranlıq birdən gəlmir, qoyun dərisinin soyulması kimi yavaş-yavaş görünür.

Ayədə keçən “Nəsləhu” sözü gündüzün gecədən tədricən ayrılması prosesi ilə bağlı xüsusi bir anlayış daşıyır. Bu, düşüncə tələb edən gözəl bir dil və nitq möcüzəsini təsvir edir.

Sonda Əl-Əzhər Universitetinin rektoru Sələmə Davudi hər kəsi ilahi ayələr və onların mənaları üzərində düşünməyə çağırıb.

4270293

captcha