IQNA

BMT-nin baş katibi Qutteriş İslama qarşı qərəzli münasibəti tənqid edib

5:13 - March 17, 2025
Xəbər sayı: 3497823
İQNA – BMT-nin Baş katibi çıxışında bildirib ki, İslam əleyhinə təəssübkeşliklər qorxulu sürətlə artmaqdadır.

“Reuters” xəbər verir ki, Antonio Quterres dünyada “anti-müsəlman təəssübkeşliyinin narahatedici artması” barədə xəbərdarlıq edib və ayrı-seçkilik və nifrət nitqi ilə mübarizə üçün təcili tədbirlər görülməsinə çağırıb.

BMT baş katibinin videomüraciəti Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü ərəfəsində yayılıb.

Dünyadakı insan haqları qrupları və Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzaya hərbi hücumunun başlamasından bəri islamafobiya, ərəblərə qarşı təəssübkeşlik və antisemitizmin artdığını vurğulayır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi heç bir ölkə və ya hökuməti qeyd etmədən deyib: “Biz müsəlmanlara qarşı qərəzin narahatedici artımının şahidi oluruq. İnsan hüquqlarını və ləyaqətini pozan irqi ayrı-seçkilikdən tutmuş fərdlərə və ibadət yerlərinə qarşı açıq zorakılığa qədər” dedi.

4272140

captcha