IQNA

Dünya İslam Birliyi Qəzzada müharibənin yenidən başlamasını pisləyib

5:46 - March 22, 2025
Xəbər sayı: 3497864
İQNA – Dünya İslam Birliyi sionist rejimin Qəzzəyə yenidən hücumunu pisləyib və beynəlxalq ictimaiyyətdən bu cinayətlərin dayandırılması üçün təcili tədbirlər görməsini tələb edib.

Dünya İslam Birliyinin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Birlik, sionist rejimin Qəzzə zolağının yenidən bombardmanını və günahsız mülki əhaliyə verdiyi ağır itkiləri pisləyən bəyanat yayıb.

Dünya İslam Birliyinin baş katibi Şeyx Məhəmməd ibn Əbdül-Kərim İsa öz bəyanatlarında sionist rejimin bütün beynəlxalq qanunların açıq şəkildə pozulması olan vəhşi hücumlarını pisləyib.

Şeyx İsa beynəlxalq ictimaiyyəti İsrail rejiminin döyüş maşınının mülki əhali və mülki obyektlərə qarşı davam edən qırğınını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

4272919

captcha