IQNA

İsrailin hücumu nəticəsində üç Hizbullah üzvü şəhid olub

6:04 - March 24, 2025
Xəbər sayı: 3497878
İQNA – İsrail ordusunun Cənubi Livanda həyata keçirdiyi hücumlar nəticəsində Hizbullah üzvlərindən bəziləri şəhid olub.

Hizbullah tərəfindən edilən açıqlamada İsrailin pilotsuz uçuş aparatlarının (PUA) Sur şəhərinə təşkil etdiyi hücumda Ridvan Səlim Əvvadə adlı bir Hizbullah üzvünün şəhid olduğu açıqlanıb.

Eyni hücumda daha iki Hizbullah üzvü Məhəmməd Şəkir və ƏliRza Səllumun şəhid olduğu bildirilib.

Ötən gün sionist rejimin pilotsuz təyyarələrinin 10 mərtəbəli yaşayış binasını hədəf alması nəticəsində çoxlu insan həyatını itirib və yaralanıb.

captcha