IQNA

Hindistan müsəlmanlara ictimai yerlərdə dini mərasimlər keçirməyi qadağan edir

1:16 - March 31, 2025
Xəbər sayı: 3497932
İQNA - Müxtəlif dini qruplara öz dini mərasimlərini ictimai yerlərdə keçirməyə icazə verildiyi halda, bu ölkədə müsəlmanların buna icazəsi yoxdur.

“İQNA”-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Ramazan bayramı yaxınlaşdıqca, Hindistanda müsəlmanlar ictimai yerlərdə namaz qılan hər bir müsəlmana qarşı sərt tədbirlər görülməsi barədə xəbərdarlıq edən səlahiyyətlilərin görünməmiş təhdidləri ilə üzləşirlər. Bu, müsəlmanların onlara qarşı ayrı-seçkilik kimi qiymətləndirdiyi hökumətin hərəkətlərinə görə müsəlmanlarla Hindistan səlahiyyətliləri arasında gərginliyin aylardır artdığı bir vaxta təsadüf edir.

Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Sambal şəhərinin polisi cümə axşamı müsəlmanlara ictimai yerlərdə namaz qılmamaq barədə xəbərdarlıq edib. Polis küçələrdə cümə namazı qılınmasının və damlarda toplaşmağın qəti qadağan ediləcəyini vurğulayıb.

Bu kontekstdə daha əvvəl müsəlmanların güllələnməsində iştirak edənlərə dəstək verməkdə günahlandırılan Sambal polis rəisi Şriş Çandra heç bir halda ictimai yerlərdə namaz qılınmasına icazə verilməyəcəyini açıqlayıb.

Bundan əvvəl Uttar Pradeş əyalətinin əsas sənaye mərkəzi olan Meerut polisi küçələrdə bayram namazı qılanlara qarşı pasportların və sürücülük vəsiqələrinin ləğvi də daxil olmaqla ciddi hüquqi tədbirlər görəcəklərini açıqlamışdı.

Rəsmilər ictimai yerlərdə, xüsusən də meydanlarda namaz qılmaq üçün rəsmi icazənin verilməsini də məcbur edib. Yerli sakinlərin bunu praktikada yerinə yetirilməsi demək olar ki, mümkün olmayan şərt hesab edirlər.

4274305

captcha