IQNA

Hindistanlı tələbə universitet şəhərciyində namaz qıldığı üçün həbs edilib

11:27 - April 01, 2025
Xəbər sayı: 3497939
İQNA - Uttar Pradeş əyalətində bir hindistanlı tələbə universitet şəhərciyində namaz qıldığı üçün həbs edilib.

Pakistanın Səsi internet saytının verdiyi məlumata görə, müsəlman tələbənin həbsindən sonra 400-dən çox tələbə bu hərəkətə etiraz olaraq dinc nümayiş keçirib və həbs olunan tələbənin azadlığa buraxılmasını tələb edib. Polis etirazçıları sıxışdırıb, daha 6 müsəlman tələbəni saxlayıb.

Alınan məlumata görə, İnstaqramda tələbələrin namaz qıldığını göstərən video yayımlandıqdan sonra polis hərəkətə keçib.

Polisin etirazçılara müdaxilə etdiyi və kütləni dağıtmaq üçün dəyənəklərdən istifadə etdiyi bildirilib.

Müsəlman tələbə universitetdə Puca şənliklərinin keçirildiyini və heç bir təzyiqə rast gəlinmədiyini bildirərək, “Niyə bu qısnama birtərəfli və Ramazan ayında oruc tutan müsəlmanlara yönəlib?” deyə soruşub.

Hakimiyyət etirazları qanunsuz hesab edib və nümayiş üçün əvvəlcədən icazə alınmadığını iddia edib.

Etirazda iştirak edən tələbə liderlərindən biri San Muhəmməd polisin nümayişçilərlə pis rəftar etməsindən şikayətlənib.

4274500

captcha