IQNA

“Tərtil” beynəlxalq müsabiqəsinin 2-ci turunun qalibləri bəlli olub

11:06 - April 03, 2025
Xəbər sayı: 3497949
İQNA - Əl-Səqəleyn peyk kanalı üçün Qurani-Kərimin tərtil (vərəttil) qiraəti üzrə beynəlxalq televiziya müsabiqəsinin ikinci turunun birinci-beşinci yerlərinin qalibləri məlum olub.

“İQNA” xəbər verir ki, Əl-Səqəleyn peyk kanalında müqəddəs Ramazan ayı münasibətilə beynəlxalq Quran tilavəti müsabiqəsinin (vərəttil) ikinci turu keçirilib. Sonda iraqlı Fəlah Zəlif Əttiyə, iranlı Rəhim Şərifi, iraqlı Əhməd Rəzzaq Əl-Dulfi, iranlı Rəsul Bəxşi və misirli Yasin Səid Əl-Sayid birinci-beşinci yerləri qazanıblar.

Bu müsabiqənin aparıcısı qiraətçi və media fəalı Seyid Əhməd Nəcəf olub. Onun fəaliyyəti müqəddəs Ramazan ayında Əl-Səqəleyn peyk kanalında yayımlanıb.

Bu müsabiqənin təşkilat komitəsinin verdiyi məlumata görə, bu Quran tədbirinin ilkin mərhələsində müxtəlif İslam, Asiya, Avropa, Afrika, Latın Amerikası, Cənub və Şərqi Asiya ölkələrindən 200-dən çox nümayəndə iştirak edib.

4274592

captcha