“İQNA” xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının dini işlər idarəsinin dini təbliğat şöbəsinin müdiri Şeyx Kərim əl-Cəyfəri bununla bağlı deyib: “Bu mərasimdə İraqın Babil əyalətindəki dini, fiqhi, etiqadi və Peyğəmbərin (s) həyat tərzi ilə tanışlıq kurslarında iştirak edən və Quranı əzbər bilən məhbuslar təltif edildi. Həmçinin “Ümumdünya Quran Günü”nün Quran kursunda qalib seçilənlər İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən təltif edilib və onlara təşəkkür lövhəsi təqdim edilib”.
Əl-Cəyfəri aççıqlayıb: “Bu tədbirin keçirilməsində məqsəd məhbusların ruhunu və şüurunu islah etmək və saflaşdırmaq, həmçinin onları zorakılıq və ekstremizmdən uzaqlaşdırmaq üçün doğru yola yönəltməkdir”.
Həmçinin İmam Hüseynin (ə) hərəmi cəzaçəkmə müəssisələrində və islah mərkəzlərində Quran və maarifləndirmə proqramlarına davamlı dəstək verir, çünki bu Quran proqramları məhbusların reabilitasiyasına və onların cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir.
4274598