IQNA

Ənsarullah ABŞ ilə bütün danışıqları rədd edir

11:31 - April 05, 2025
Xəbər sayı: 3497959
İQNA - Yəmən Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti ABŞ ilə hər hansı danışıqları rədd edib.

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti "Əl-Cəzirə Mubaşir"-ə danışarkən ABŞ ilə birbaşa və ya dolayı danışıqlara ehtiyac olmadığını vurğulayıb.

Qəzzaya qarşı müharibənin sona çatması üçün razılaşma həyata keçirilənədək əməliyyatlarına davam edəcəklərini vurğulayan Bahiti, “İsrailin Qəzzaya təcavüzü və ABŞ-ın bölgədəki hərbi hərəkətləri səbəbindən vəziyyət gərginliyin artmasına doğru gedir” dedi.

“Biz işğalçılara həm hərbi, həm də iqtisadi cəhətdən ağır zərbələr vurmuşuq və əməliyyatımız danışıqlarda Fələstin qruplarının əlində təzyiq vasitəsi olacaq”, - deyə Bahiti bildirib.

captcha