“İmarat Əl-Yəvm” internet saytının verdiyi xəbərə görə, Dubaydakı “Nəd əş-Şəba 1” mərkəzində əyani keçiriləcək kurs, iştirakçı qadınların Qurani-Kərimlə əlaqəsini gücləndirmək, onların qiraət və təfsiri öyrənmələrini asanlaşdırmaq məqsədi daşıyır.
Quran kursunun hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri yerli vaxtla saat 8-10:00 arasında keçirilməsi qərara alınıb.
Kurs aprelin 14-də başlayacaq və kursa qeydiyyatdan keçmək istəyənlər elana əlavə edilmiş QR kodu skan edə və ya Dubay Dini İşlər və Xeyriyyə İdarəsinin əsas internet səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Kurs, qadınlara təcrübəli və bacarıqlı müəllimlərin nəzarəti altında Quranın 30 surəsinin əzbərlənməsini nəzərdən keçirmək üçün əlverişli imkan yaradacaq.
Diyanət İşləri və Xeyriyyə Qurumu bu Quran kursunu qadınlar arasında Quran mədəniyyətinin yayılması, təcvid Quran maarifləndirilməsi, qadınların Quran bacarıqlarının inkişaf etdirilməsi və İslami dəyərlərin gücləndirilməsi çərçivəsində həyata keçirəcək.
4274706