“Əl-Dəstur” internet saytının verdiyi xəbərə görə, 20-ci Beynəlxalq Qadınlar Quran Müsabiqəsinə 40 ölkədən nümayəndə qatılıb.
İordaniyanın Vəqf naziri Məhəmməd Əl-Həlaylə açılış nitqində İordaniyanın Qurana xidmətdə Vəhy Kəlamının təhsili istiqamətində mühüm addımlar atmağa davam etdiyini və bu məqsədlə bütün resurslarını səfərbər etdiyini bildirdi.
O, həmçinin bildirib ki, Vəqflər Nazirliyinə bağlı 2100 Quran hifzi mərkəzi fəal işləyir və buna Quran təhsili ilə məşğul olan dərnəklər də əlavə olunub.
“İordaniya ölkə daxilində Quran mərkəzləri vasitəsilə, yerli və beynəlxalq yarışlarda iştirak edərək Qurana xüsusi diqqət yetirir”, - deyə nazir bildirib.
O qeyd edib ki, tədbirin məqsədi gənc müsəlman qadınların Qurani-Kərimi oxumaqla deyil, həm də həyata bələdçi və İslami davranışları nümayiş etdirməklə onunla əlaqəsini gücləndirməkdir.
Əl-Həlaylə Quran təlimlərinin düzgün başa düşülməsinin vacibliyini də vurğuladı. Bu anlayış müsəlmanların davranışlarına müsbət təsir edir və ədalət, tolerantlıq və mərhəmət kimi dəyərlərin təbliğində mühüm rol oynayır.
Quran cəmiyyətdə əmin-amanlığı və sabitliyi qorumaq üçün yaxşılığı əmr edir, pislikdən çəkindirir.
Nazirliyin qadınlarla iş üzrə direktoru Lames Əl-Huzeym müsabiqənin iyirmi ildir ki, hər il keçirildiyini və builki müsabiqədə 40 ərəb və müsəlman ölkəsi, eləcə də İordaniyadan 44 təmsilçinin iştirak etdiyini bildirib.
İordaniya müsabiqəsi 1993-cü ildən Vəqflər və Dini İşlər Nazirliyi tərəfindən hər il təşkil edilən və ölkə hökumətinin himayəsi altında keçirilən ən qədim beynəlxalq yarışlardan biridir.
Kişilər və qadınlar üçün milli və beynəlxalq olmaqla iki kateqoriyada təşkil edilən yarışma, başladığı gündən bəri təxminən 45 min kişi və qadın rəqibin iştirakına şahidlik etdi.
4277270