“Əl-Məsirə”nin verdiyi məlumata görə, ABŞ-ın şiddətli hücumlarına və cinayətlərinə baxmayaraq, minlərlə yəmənli Fələstinə dəstək məqsədilə Yəmənin şimalında müxtəlif şəhərlərdə “Qəzzə ilə bir ürək” adı altında keçirilən yürüşlərdə iştirak edib.
Beynəlxalq və rəsmi mənbələr Qəzza zolağında humanitar vəziyyətin ciddi şəkildə pisləşdiyini bildirir.
“Oxfam”-ın humanitar koordinatoru “Əl-Cəzirə”-yə deyib: “Hazırda diqqətimiz yardımın paylanması və minimum xidmətlərin saxlanmasıdır, lakin Qəzza yanacaq və içməli su ehtiyatları tükəndiyi üçün tamamilə dağılmaq ərəfəsindədir”.
Qıtlığın sürətlə yayıldığı üçün bir milyondan çox uşağın birbaşa risk altında olduğu da bildirilir.
İndiyədək 50-si uşaq olmaqla 52 nəfər qida çatışmazlığı və aclıqdan dünyasını dəyişib.
Ağır blokada və biabırçı qlobal sükut səbəbiylə Qəzzada həyati əhəmiyyətli sektorların bir-birinin ardınca çökdüyü bildirilir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Qəzzada humanitar vəziyyətin son 18 ayda sürətlə pisləşdiyini bildirib və blokadanın 2,2 milyon insanın həyatını məhv etdiyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) toxunulmazlığını ləğv etmək qərarına gəlib.
“Palestine Al-Youm” xəbər saytı bildirib ki, “Bu gündən etibarən ABŞ UNRWA-nı Birləşmiş Millətlər Təşkilatının bir hissəsi hesab etmir və bu, ona Amerika məhkəmələrində UNRWA-ya qarşı iddia qaldırmaq hüququ verir”.
Tramp 2017-ci ildə prezidentlik etdiyi ilk müddətdən bəri fələstinli qaçqın problemini aradan qaldırmaq üçün UNRWA-ya qarşı çıxmağa və onu maliyyələşdirməyi dayandırmağa çalışır.
Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail rejiminin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində şəhid olanların sayının 51 min 439-a, yaralı sayının isə 117 min 416-ya yüksəldiyini açıqlayıb.
Qəzza zolağının Səhiyyə Nazirliyi rəsmiləri bir çox şəhidin cəsədinin hələ də dağıntılar altında və ya küçələrdə qaldığını, ictimaiyyətin və mülki müdafiə qüvvələrinin cəsədləri çıxara bilmədiyini vurğulayıb.
4278374