“Sahab News” internet saytının verdiyi xəbərə görə, sionistlər Qəzza zolağında müharibə başlayandan bəri Məscidül-Əqsaya hücumlarını gücləndirib və məscidə qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri və mühasirələr həyata keçiriblər.
Şeyx İkrimə Səbri, işğalçıların Qüds və Məscidül-Əqsaya qarşı planlarının bərabərində bütün sahələrdə sürətli və əhatəli addımların atılmasının vacibliyini vurğulayıb.
İşğalçılar fələstinli gənclərə qarşı dünyanın heç bir yerində olmayan məcburi kütləvi köçkün siyasəti həyata keçirirlər.
Şeyx Səbri deyib ki, İsrailin bu addımları Qüds və Məscidül-Əqsanı yəhudiləşdirmək və onların islami kimliyini dəyişdirmək layihəsinin bir hissəsidir.
Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi və ən müqəddəs üç məsciddən biridir. Quruluş, Qüdsün şərqindəki Köhnə Şəhərdə, Məbəd dağı kimi tanınan ərazidə yerləşir.
4279878