İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, İran İslam Respublikası səfirliyi və Mədəniyyət müşaviri ilə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə Pakistanın hər yerindən rəssamların rəsm, heykəltəraşlıq, fotoqrafiya, teatr və musiqi də daxil olmaqla incəsənətin müxtəlif sahələrindəki əsərləri nümayiş olunub.
Sərginin açılışında çıxış edən məşhur rəssam və Pakistanın keçmiş mədəniyyət naziri Camal Şah Qəzzə xalqının dərdinə şərik olduğunu bildirərək, müsəlman ölkələrinin sionist rejimə qarşı heç bir addım atmadığını və indiki şəraitdə pakistanlı rəssamların edə biləcəyi yeganə işin bu sərgini təşkil etmək olduğunu bildirib.
Açılış mərasimində çıxış edənlər arasında Fələstin səfiri və keçmiş senator Müşahid Hüseyn də Qəzzada evsiz insanların yaşadığı çətinlikləri vurğuladı və onlara dəstək olmaq üçün sənət əsərləri bağışlayanlara təşəkkür etdi.
İranın Pakistandakı mədəniyyət müşaviri Qəzzə xalqının qətliamını əks etdirən fotoşəkillərdən ibarət tablo təqdim edərək sərgini zənginləşdirib.
Bir həftə davam edəcək sərginin sonunda rəssamların yaratdığı əsərlər hərraca çıxarılacaq və əldə edilən gəlir Qəzza xalqına kömək üçün istifadə olunacaq.
4280448