“İQNA”-nın “Əl-Campis”-ə istinadən verdiyi xəbərə görə, Solna məhkəməsi irqi nifrət yaymaqda təqsirli bilinən, yeniyetməlik yaşının sonlarında olan uşağı mühakimə edib.
Sinif yoldaşları ilə təkbətək söhbətində o, gələcəkdə nasist salamı (Hell seger) ilə məscidə qarşı tədbir görməyi planlaşdırdığını açıqlayıb. O, bu şəxsi söhbətində həmçinin bəyan edib ki, “ağ olmayanlar ağların quludur”.
Hadisə ötən ilin yazında, oğlanın Stokholm bölgəsindəki məktəbdə on sinif yoldaşı ilə onlayn söhbət qrupu yaratdıqda baş verib. Onun qrupdakı mesajlarında ağdərili olmayanların irqçi təsvirləri, müsəlmanları öldürməyə çağırışlar, svastika şəkilləri və nasist internet saytlarından materiallar var idi.
Araşdırmalar nəticəsində məlum olub ki, oğlan bloknotda nasist simvolları, “İsveçlilər ilk” kimi ifadələr və kütləvi atışmaların təsvirləri ilə yanaşı, mühacirlərə qarşı irqçi ifadələrin yer aldığı yazılar çəkib.
O, həmçinin “Stokholm Ağ Oğlanları” qrupuna aid təbliğat materialları saxlayarkən həbs edilib. Bu, “Aktivclub Sweden” ifrat sağ hərəkatı ilə əlaqəli qrupdur.
Polisin verdiyi məlumata görə, oğlan “əvəzedici insanlar” və “ağların soyqırımı” kimi sui-qəsd nəzəriyyələri ilə bağlı inanclarını da ifadə edib. Oğlanın məktəbinin bir neçə müəllimi araşdırma zamanı şagirdin dərs saatlarında Hitler salamı verdiyini təsdiqləyib və bu hadisə məktəbin müşahidə kameraları tərəfindən də qeydə alınıb.
4281357