“Jakarta Globe”-un verdiyi məlumata görə, Mərkəzi Açenin Panang bölgəsindəki Tapak Moge Timurda yaşayan 100 yaşlı Muhəmməd Dahlan və onun 95 yaşlı həyat yoldaşı Dahinyar Kute uzun müddətdir gözlədikləri və arzuladıqları həcc ziyarətini yerinə yetirmək üçün mayın 20-də Aceh gəmiyə minmə məntəqəsindən yola düşəcəklər.
Yaşının çox ollmasına baxmayaraq, Açenin ən yaşlı zəvvarlarından biri olan Dahlan hələ də öz qəhvə fermasında işləyir. Bu yaxınlarda sağlamlıq müayinəsindən keçən cütlük həm fiziki, həm də mənəvi olaraq bu səyahətə tam hazır olduqlarını bildiriblər.
Cütlük daha əvvəl Ümrə ziyarətini yerinə yetirib və bu, onların müqəddəs Məkkəyə üçüncü səfəri olacaq. İkinci Ümrədən sonra növbələrinin tezliklə gələcəyini gözləməyən cütlük 2019-cu ildə Həcc ziyarəti üçün qeydiyyatdan keçib.
Aceh Dini İşlər İdarəsinin rəhbəri Azhari əyalətdəki 4378 həcc kvotasından 219-nun yaşlı vətəndaşlar üçün ayrıldığını açıqlayıb.
Səlahiyyətlilər beş ildən artıq növbə siyahısında olan yaşlı zəvvarlara üstünlük verir və onları yaşlarına uyğun seçirlər.
Əzhari bildirib ki, əgər bu, prioritet olmasaydı, cütlük həcc ziyarətinə getmək üçün 2044-cü ilə qədər gözləməli olacaqdı.
Yaşlı zəvvarlara dəstək olmaq üçün nazirlik onları mehmanxanaların birinci mərtəbəsində yerləşdirir və səyahət boyu onlara xüsusi qayğı göstərir.
Əzhari müqəddəs torpaqda ibadət etmək arzusunu həyata keçirməyə yaşın maneə olmadığını bildirib.
Cütlüyün ibadətini bu qədər xüsusi edən, onların bütün həcc xərclərinin illərdir yorulmadan çalışdıqları öz qəhvə fermalarından əldə etdikləri gəlirlə qarşılanmasıdır.
4282800