“Maspero.eg” saytının verdiyi məlumata görə, Əl-Əzhər Şeyxi Əhməd Tayyib verdiyi açıqlamada, “Dünyanın azad xalqları bu vəhşi ədalətsizliyin ölçülərini heç vaxt unutmayacaqlar. Bu güclü ananın humanitar yardım missiyasını yerinə yetirərkən övladlarının yanmış cəsədlərini götürdüyü görüntüsü dünyanın vicdanını incidir. Dünyanın buna səssiz qalması bəzi ölkələrin İsrail işğalçılarının cinayətlərini və qətllərini davam etdirmələrini dəstəkləməkdə əli olduğunu ortaya qoyur” ifadələrindən istifadə etdi.
Əl-Əzhər Şeyx bildirib ki, bu cinayətlər haqq atəşini söndürməyəcək, Fələstin xalqının hüquqlarını zəiflətməyəcək və onların öz torpaqlarına bağlılığının qarşısını almayacaq.
Əhməd Tayyib bu hadisədə şəhid olanlara Allahdan rəhmət, valideynlərinə isə səbr diləyib.
Fələstinli həkimin doqquz övladının şəhadəti sionist rejimin amansız müharibəsinin kölgəsində və beynəlxalq ictimaiyyətin rüsvayçı sükutunda bu zolağın əhalisinin çəkdiyi ağlasığmaz iztirabların acı xəbərlərindən idi.
İsrail ordusunun şiddətli hücumunda fələstinli qadın həkim Nəccarın ən böyüyü 12 yaşında olan 10 uşağından 9-u həyatını itirib.
Fələstinli qadın həkim Ala Əl-Nəccarın başına gələn dəhşətli hadisə sosial şəbəkə istifadəçiləri və hüquq müdafiəçilərinin reaksiyasına səbəb olub.
Bəzi istifadəçilər “Doktor Ala Nəccarın başına gələnlər təkcə şəxsi faciə deyil, dünyaya müharibələrin təkcə silahlı münaqişələr olmadığını, anaların xəyallarını yandıran, uşaqların gülüşünü susduran, bu dünyada vicdandan nəyin qaldığını sual altına alan faciələr olduğunu xatırladan humanitar hayqırtıdır” yazıb paylaşdı.
Digər fəallar Nəccarın başına gələnlərin son 20 aydır Qəzza zolağında davam edən soyqırımın bariz nümunəsi olduğunu qeyd ediblər.
Nəccarın həyat yoldaşı Həmdi Nəccar və uşaqlarından biri reanimasiyada ölüm-dirim arasında mübarizə aparır.
4284749