IQNA

Baş örtülü avstraliyalı qız müsəlmanlar üçün qaçış klubu qurur

11:16 - May 28, 2025
Xəbər sayı: 3498264
İQNA – Hicablı avstraliyalı qız Sidneydə yalnız müsəlmanlar üçün çalışan ilk klub yaradaraq müsəlman idmançılara aid təhlükəsiz yer yaradıb.

“Bodyandsoul” saytının verdiyi məlumatıa görə, baş örtülü idmançı Yasmin Əl-Dubi məktəb düşərgəsindən bəri qaçmağa həvəs göstərir və bütün çətinlikləri əzmlə dəf edərək iradə ilə hər şeyin mümkün olduğunu sübut edib. Yasmin əvvəlcə nəfəsini kəsmədən 20 metr qaça bilməyəcəyini, lakin sonradan məsafəni tədricən 10 kilometrə qədər artırdığını bildirib.

O, digər müsəlmanları tənqid etməkdən qorxmadan qaçmağa təşviq etmək üçün Sidneydə ilk yalnız müsəlmanlar üçün çalışan klubunu qurdu.

Yasminin qaçmağa olan həvəsi onu atletika dərsləri və CrossFitlə məşğul olmağa vadar etdi. O, qaçmağa üstünlük verərək fitnesini gücləndirdi. O, marafon qaçmaq qərarına gəlib. O, özünə uyğun klub axtardı, ancaq hicablı yeganə qadın olduğu üçün tezliklə özünü tənha hiss etdi.

Gənc idmançı bildirib ki, öz qaçış klubunu yaratmaq ideyası bütün bu amilləri nəzərə alaraq inkişaf edib.

Tənqidçilərin əksinə olaraq, məqsədinin istisna etmək deyil, müsəlman qadınların özlərini göründüyü və başa düşüldüyü bir mühit təmin etmək olduğunu ifadə edən Yasmin, klubun qeyri-müsəlmanlar üçün qapalı olmadığını, sadəcə olaraq hicablı qaçışın normallaşdığı bir məkan təmin etdiyini qeyd etdi.

Yanvar ayında fəaliyyətə başlayan Sidney Müsəlman Qaçış Klubu insanları bir araya gətirən inklüziv məkana çevrilib. Beləliklə, Yasmin sayəsində bir çox müsəlman artıq arzularının arxasınca gedə bilir.

Yasmin üçün müsəlman idman klubunun yaradılması idmandan çox özünə aid dönüş nöqtəsi oldu. Bu, təkcə yaranan dostluqlar üçün deyil, həm də təhlükəsiz məkanda olmaq üçün təzə nəfəs kimi idi.

“Beş il əvvəl qaçış çox populyar deyildi və qaçmağın maraqlı bir fenomen olduğunu başa düşmək üçün kifayət qədər sosial mediaya çıxışımız yox idi” deyir.

O, qaçmağı təşviq etməyin necə gözəl bir şey ola biləcəyini göstərmək üçün səyahətini bölüşür. Qadın olmaq örtülü olmaqdan əlavə, daim mühakimə olunmaq deməkdir. Cinsiyyət, inanc və ya xarici görünüşlə bağlı fikirlərin, ön mühakimələrin və ya reaksiyaların göz ardı edilə bilməyəcəyini ifadə edən Yasmin, “Küçədə gedərkən belə bəzən məhəllələrə, ərazilərə və ətrafdakı insanlara diqqət yetirmək lazımdır” dedi.

Baş örtülü avstraliyalı qız müsəlmanlar üçün qaçış klubu qurur

Müsəlman idmançı deyir ki, onlar atletikanı şaxələndirmək və müxtəlif etnik mənsubiyyətlərdən və dinlərdən olan insanların idmanda iştirakına imkan yaratmaq istəyirlər.

Buna nail olduğuna inanan Yasmin klubun sürətlə böyüdüyünü və bir aydan az müddətdə minlərlə izləyiciyə çatdığını deyir.

Yasmin müxtəlif ehtiyacları qarşılaya biləcəklərini də bildirib. O, həm kişilər, həm də qadınlar üçün qaçış proqramına sahib olduqlarını, ailələrində kişilərlə gələn qadınlar, dərsdən sonra məşğul olan analar və Bankstown şəhərinin Qərbi Sidney icması üçün bir neçə vaxt ayırdıqlarını söylədi.

İdmançı ailəsinin və müsəlman icmasının dəstəyi olmadan klubunun davam etməsinin mümkün olmayacağını bildirib.

Komanda yoldaşı Ninanın köməyi və ailəsinin daimi təşviqi ilə Yasmin inanır ki, əlçatan və əhatəli, hər kəsin dəyərlərinə hörmətlə yanaşan bir idman məkanı qurmuşdur.

4283205

Teqlər: hicab ، avstraliya ، idman ، müsəlman
captcha