IQNA

Əbdül-Basitin oğlu Mustafa İslamil oğlunun dəfn mərasimində Quran oxuyur

5:13 - June 01, 2025
Xəbər sayı: 3498284
İQNA – Mərhum Əbdül-Basitin oğlu Tariq Əbdül-Basit Misirin məşhur qarisi Mustafa İsmayılın böyük oğlunun dəfn mərasimində Quran oxuyub.

 

“Əl-Yəvmüs-Sabi” saytının verdiyi məlumata görə, Mustafa İsmayılın böyük oğlu Atif Mustafa İsmayıl bazar ertəsi dünyasını dəyişib.

Dəfn mərasimində Mit Qazel kəndi və ətraf kəndlərdən yüzlərlə insan, eləcə də Misir və İslam dünyasının məşhur Quran alimlərindən olan Ustad Əbdül-Basitin oğlu Tariq Əbdül-Basit iştirak edib.

Dəfn mərasimi Atif Mustafa İsmayılın və atasının doğulduğu yerdə qurulan başsağlığı çadırları ilə keçirilib. Mərasimdə Tariq Əbdül-Basit və Misirin tanınmış qarilərindən olan Şeyx Həccac Əl-Hindavi Quran tilavəti ediblər.

Atıf Mustafa İsmayıl kənddəki ailə qəbiristanlığında dəfn edilib.

Vəqf naziri Üsamə Əl-Əzhari Mustafa İsmayılın oğlunun vəfatı ilə bağlı başsağlığı verib.

kod

4285155

captcha