IQNA

Fələstin Müftisinin Qurban bayramı ilə bağlı tövsiyələri

4:43 - June 04, 2025
Xəbər sayı: 3498300
İQNA – Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn vətəndaşları Qurban bayramında şəhid ailələri, məhbuslar, yaralılar və ehtiyacı olanları ziyarət etməyə çağırıb.

“Maa” saytının verdiyi məlumata görə, Şeyx Məhəmməd Hüseyn Fələstində Qurban bayramı namazının iyunun 6-sı cümə günü səhər saat 6:05-də qılınacağını bildirib.

Müfti imkanlı vətəndaşların qurban kəsməli olduğunu bildirərək, camaatı şəhid və məhbus ailələrinə, yaralılara və ehtiyacı olanlara baş çəkməyə çağırıb.

Həmçinin Ərəfə günü oruc tutmağın sünnə olduğunu bildirmişdir.

Şeyx Məhəmməd Hüseyn bildirib ki, bu cür ibadətlər sayəsində insanlar Uca Allaha yaxınlaşır, ailə və qohumlar arasında əlaqələr möhkəmlənir, kasıbların və ehtiyacı olanların ehtiyacları ödənilir.

Qurban bayramının fəlsəfəsi ondan ibarətdir ki, bu, İbrahim peyğəmbərin (ə) Allaha bağlılığını və itaətini simvolizə edən bir bayramdır. Bu bayram fərdin Allaha qarşı şükr duyğularını ifadə etmək, qurbanlıq heyvanları ehtiyacı olanlarla bölüşmək, ictimai həmrəyliyi gücləndirmək kimi mühüm mənalar daşıyır.

4285802

captcha