IQNA

İslam Əməkdaşlıq Təşkilatının İsrailin Madlen gəmisinə hücumuna cavabı

10:32 - June 11, 2025
Xəbər sayı: 3498339
İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq İsrail rejiminin Madlen gəmisinə hücumunu və gəmini qaçırmasını pisləyib.

“İQNA”-nın “Qüds Əl-Əxbariyyə”yə istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin Madlen gəmisinə hücumu və onun qaçırılmasına reaksiya verib.

İslam Əməkdaşlıq Təşkilatının bəyanatında deyilir: “Biz Madlen gəmisinə hücumu və onun qaçırılmasını pisləyir və bunu İsrailin mütəşəkkil terrorizminə uyğun hesab edirik”.

İslam Əməkdaşlıq Təşkilatı bəyan edib: “Biz Fələstin xalqı ilə humanitar səy və təşəbbüsləri və beynəlxalq həmrəylik fəaliyyətlərini yüksək qiymətləndirir və beynəlxalq fəalların dərhal azad edilməsinə və humanitar, tibb və media işlərində iştirak edən bütün şəxslərə dəstək verməyə çağırırıq”.

İslam Əməkdaşlıq Təşkilatının bəyanatında deyilir: “Biz Qəzzaya yardım və humanitar yardımların kifayət qədər və davamlı girişinə icazə verilməsinin vacibliyini vurğulayırıq və bir daha işğalçıları Qəzzaya qarşı müharibə və cinayətləri dayandırmağa məcbur etməyə çağırırıq”.

4287490

captcha