IQNA

İraq “Nücəba” Hərəkatının baş katibi:

Sionist rejimin İraq səmasına təcavüzü cavabsız qalmayacaq

2:45 - June 14, 2025
Xəbər sayı: 3498354
İQNA - İraqın “Nücəba” Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi bəyanat yayaraq, sionist rejimin İran İslam Cümhuriyyətinə qarşı təcavüzkar hərəkətlərini pisləyib.

“İQNA”-nın “Nücəba” Hərəkatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bu bəyanatın mətni belədir:

Sionistlərin İran İslam Cümhuriyyətinə qarşı qorxaqcasına təcavüzü, İraqın suverenliyini açıq-aşkar pozması və bu ölkənin hava məkanını amerikalı işğalçının koordinasiyası ilə dəfələrlə pozması cavabsız və cəzasız qalmamalıdır. Amerika işğalının bütün İraq torpağından və səmasından tamamilə sona çatması lazımdır.

Bu gün İran zülm və hegemoniyaya qarşı Məhəmməd (s) İslamının əzəmət və qüdrətinin simvolu, batil və zülmə qarşı haqq və nur yolunun təmsilçisidir. Sionist ifratçılıq, məğrurluq və təkəbbür nəhayət onların belini qıracaq və peşmançılıqlarına səbəb olacaq. Çünki nümunəsi, yolu və üsulu Hüseyn (ə) olan bir qövmə qarşı əl qaldırıblar. Ölümdən qorxmayan insanlar şəhidliyi arzulayır və buna nail olmaq üçün bir-birindən üstün olurlar.

4288450

captcha