IQNA

Şeyx İkrimə Səbri Məscidül-Əqsanın bağlanmasına reaksiya verib

4:50 - June 18, 2025
Xəbər sayı: 3498379
İQNA - Məscidül-Əqsa xətibi Şeyx İkrimə Səbri işğalçı rejimin mövcud hadisələri bəhanə edərək Əqsanı bağladığını bildirib və bunun müsəlmanların ibadət haqqına açıq hücum olduğunu vurğulayıb.

“TRT”-nin məlumatına görə, Məscidül-Əqsa xətibi işğal qüvvələrinin müsəlmanların ibadət hüquqlarını açıq şəkildə pozan bir hərəkətlə Məscidül-Əqsanı tamamilə bağladığını bildirib.

O qeyd edib ki, sionist rejim əl-Əqsa məscidini bağlamaq və ibadət edənlərin məscidə daxil olmasına mane olmaq üçün mövcud hadisələri bəhanə edir.

Səbri dedi ki, bu siyasət məscidin müqəddəsliyinə hörmətsizlikdir və bütün dünya müsəlmanlarına qarşı açıq çağırışdır”.

Şeyx Səbri bildirib ki, işğalçılar hər böhran anını və hər gərginliyi fürsətə çevirərək, Məscidül-Əqsa üzərində faktiki nəzarəti dərinləşdirirlər. Bu yanaşmanın yeni olmadığını bildirən Səbri, “Mövcud bağlanma 2017-ci ildə Bab əl-Əsbat Müqavimətindən sonra Əl-Əqsaya qarşı edilən ən ağır və təhlükəli tətbiqdir” dedi.

Eyni zamanda o, müsəlmanlara əxlaqi və dini bir öyüd-nəsihət verərək, Məscidə girə bilməsələr belə, Əqsaya çatmaq üçün yola çıxanların niyyət və səylərinə görə savab qazandıqları fətvasını təkrarladı.

Şeyx Səbri ərəb və islam ölkələrinə də müraciət edərək, onları Qüdsdə baş verənlərə səssiz qalmamağa çağırıb.

Səbri, “Məscidül-Əqsa ilahi hökmlə ancaq müsəlmanlara məxsusdur. Heç kimin bu mövzuda danışmağa və müzakirə etməyə haqqı yoxdur” deyərək müqəddəs yerləri qorumağın İslam ümmətinə vacib olduğunu xatırladıb.

4289199

captcha