Açıqlamada belə deyilir:
“Son günlər sionist düşmən tərəfindən həyata keçirilən xain hücumlardan sonra bu gün səhər saatlarında Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektləri beynəlxalq hüquq normalarına, xüsusilə də Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) zidd olaraq İran İslam Respublikasının düşmənləri tərəfindən vəhşicəsinə hücuma məruz qalmışdır.
Beynəlxalq hüququ pozan bu hərəkət, təəssüf ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) səssizliyi və hətta bəzi hallarda əməkdaşlığı ilə baş vermişdir.
ABŞ, bu obyektlərin NPT və ona bağlı davamlı nəzarət protokolları çərçivəsində daim Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəsi altında olduğunu bildiyi halda, bu hücumun məsuliyyətini ABŞ Prezidenti vasitəsilə sosial media üzərindən öz üzərinə götürmüşdür.
Dünya ictimaiyyəti bu cəngəllik qanunlarını əsas alan qanunsuzluqları qınamalı və İranın qanuni hüquqlarının qorunmasında onun yanında olmalıdır.
İran Atom Enerjisi Təşkilatı bəyan edir ki, xain düşmənin fitnələrinə baxmayaraq, minlərlə inqilabçı və ruh yüksəkliyinə malik elm adamının əzmi ilə bu milli sənayenin inkişaf yolu – nüvə şəhidlərinin qanları ilə salınmış bu yol – İran xalqının iradəsi ilə dayandırılmayacaq.
Təşkilat, İran xalqının hüquqlarının müdafiəsi üçün zəruri hüquqi prosesləri və tədbirləri qətiyyətlə davam etdirəcəkdir.
4289975