“İQNA”-nın “SAMA” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İshaq Hersoq İranın işğal olunmuş ərazilərin cənubunda yerləşən Bəərüssəba şəhərinə hücumları və bu rejimə atəşkəsin qəbul etdirilməsindən sonra bildirib ki, Təl-Əviv İranla müharibədə işğal olunmuş ərazilərin sakinlərinin qanı bahasına ağır itkilər verib.
O, çıxışında Qəzza zolağında saxlanılan sionist əsirlərin məsələsinə toxunaraq vurğulayıb ki, bu əsirlərin geri qaytarılması müqəddəs bir vəzifədir və bütün əsirlər – istər sağ, istərsə də ölü – geri dönməyincə bu müharibədə tam qələbədən danışmaq olmaz.
Hersoq əlavə edib: “Biz əsirlərin qaytarılmasının əhəmiyyəti və İsrailin müdafiəsi üçün müharibənin davam etdirilməsi məsələsində həmrəyik.”
O, sionist rejiminin kabinet üzvlərinə çağırış edərək bildirib ki, əsirlərin geri qaytarılmasına səbəb olacaq yeni danışıqlara başlanılsın.
4290681