“İQNA”-nın Qüds Pres agentliyinə istinadən verdiyi xəbərə görə, onlarla gəlmə bazar günü səhər vaxtı sionist rejim polisinin ciddi mühafizəsi altında Mağribilər qapısı (Bab əl-Mağaribə) vasitəsilə Əl-Əqsa məscidinə hücum edib.
İşğal altındakı Qüdsdəki İordaniyaya bağlı İslam Vəqfləri İdarəsinin məlumatına əsasən, onlar Əl-Əqsa məscidinə hücum edib və məscidin həyətlərini gəziblər.
Sionist gəlmələrə uydurma “məbəd” haqqında izahatlar verilib və onlar məscidin şərq hissəsində talmud ayinləri icra ediblər.
Bu arada, işğalçı qüvvələr fələstinli namaz qılanların Əl-Əqsa məscidinə girişinə məhdudiyyətləri artırmaqda davam edir və xarici qapılarda onların şəxsiyyət vəsiqələrini müsadirə edirlər.
Qüds və işğal olunmuş Fələstin ərazilərində yaşayan sakinlərin Əl-Əqsa məscidini müdafiə üçün səfərbər olunması ilə bağlı geniş çağırışlar edilib.
Bu çağırışlarda namaz qılanların Əl-Əqsa məscidində iştirakının artırılmasının və orada namaz qılınmasının vacibliyi vurğulanır. Çünki bu, işğalçıların addımlarına qarşı real bir mövqe tutmaq və onların Əl-Əqsa məscidini ətraf mühitin dini və ictimai kontekstindən ayırmaq səylərini boşa çıxarmaq üçün praktiki bir addımdır.
Əl-Əqsa məscidi hər gün — cümə və şənbə günləri istisna olmaqla — sionist rejim polisinin dəstəyi ilə məskunlaşanların təcavüz və hücumlarına məruz qalır. Bu hücumların məqsədi məscid üzərində tam nəzarət qurmaq və onu zamanca və məkanca bölməkdir.
4294127