“İQNA” xəbər verir ki, çərşənbə günü Nücəba Hərəkatının Siyasi Şurasının sədri Şeyx Əli Əl-Əsədi, ABŞ-ın dövlət katibi Mark Rubionun müdaxiləsinə cavab olaraq deyib: “ABŞ-ın bu xəbis xarici işlər nazirinin İraqın daxili işlərinə açıq müdaxiləsi və “nə etməli, nə etməməli” kimi göstərişlər verməsi qınanmalıdır və qəbuledilməzdir. Ölkə rəhbərləri bu çirkin davranışı rədd etməlidirlər.”
O əlavə edib: “Bu məsələ bir daha sübut edir ki, müqavimət haqlıdır və ölkəni bütün sahələrdəki təcavüzlərdən qorumaq üçün bu müqavimətin davam etməsi zəruridir.”
Bundan əvvəl Mark Rubio İraqın Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə telefon danışığında, hazırda İraq parlamentində müzakirəyə çıxarılan “Həşd əş-Şəbi təşkilatı haqqında qanun layihəsi” ilə bağlı ABŞ-ın dərin narahatlığını ifadə edərək, bu qanunun qəbulunun İrandan asılılığın artmasına, silahlı qruplara rəsmi status verilməsinə və İraqın suverenliyinin zəifləməsinə səbəb olacağını bildirmişdi.
Əs-Sudani isə cavab olaraq bildirmişdi: “Bu qanun layihəsinin parlamentə təqdim olunması hökumətin təhlükəsizlik islahatları proqramının bir hissəsidir və bu proqram İraq parlamenti tərəfindən təsdiqlənmişdir. Həşd əş-Şəbi rəsmi İraq hərbi qurumudur və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə fəaliyyət göstərir.”
4295997