“İQNA”-nın “Turkey Today”-ə istinadla verdiyi xəbərə görə, bu razılaşma Ankarada, Türkiyə Vəqflər Baş İdarəsinin mərkəzi ofisində keçirilən mərasimdə imzalanıb və Balkanlarda yüzillik osmanlı memarlığının qorunması baxımından mühüm bir addım sayılır.
Razılaşmaya əsasən, Bolqarıstanın Yambol şəhərində yerləşən Əbubəkr məscidi ilə Provadiya şəhərində yerləşən Sarı Hüseyn Paşa məscidi bərpa ediləcək.
Türkiyə Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu bildirib ki, bu əməkdaşlıq təkcə memarlıq baxımından bir bərpadan ibarət deyil, həm də iki ölkə arasında qədim mədəni irsin və ortaq kollektiv yaddaşın canlandırılması məqsədini daşıyır.
Aksu qeyd edib ki, Sarı Hüseyn Paşa və Əbubəkr məscidlərinin bərpasına tezliklə başlanacaq və əsas məqsəd onların ilkin formasının qorunmasıdır.
Sarı Hüseyn Paşa məscidi 1703-cü ildə inşa olunub və Provadiya şəhərinin mərkəzinə yaxın yerləşir. Əbubəkr məscidi isə təxminən Edirnədən 100 km uzaqda, Bolqarıstan sərhədi yaxınlığında yerləşir və ehtimal olunur ki, osmanlıların Balkanlara hakimiyyətinin ilk dövrlərində inşa olunub.
Türkiyə Vəqflər Baş İdarəsi ilə Bolqarıstan Respublikası Baş Müftiliyinin Ofisi Bolqarıstanda yerləşən iki tarixi məscidin bərpası üçün əməkdaşlıq protokolu imzalayıblar.
4296000