“Ərz Əşur”un xəbərinə görə, Ayətullah əl-üzma Seyid Əli Sistaninin ofisi bildirib: “Fələstin xalqı bu günlərdə Qəzzada çox ağır humanitar vəziyyətdən əziyyət çəkir; xüsusilə də ərzaq məhsullarının azlığı geniş yayılmış aclığa səbəb olub və bu aclıqdan uşaqlar, xəstələr və qocalar belə amanda deyil”.
Bəyanatda deyilir: “Dünya ölkələri, xüsusilə də ərəb və müsəlman ölkələri fələstinlilərin məcburi köçürülməsinin dayandırılması və işğalçı rejimin günahsız mülki əhaliyə yardım yollarını açmağa məcbur edilməsi üçün səylərini artırmalıdırlar”.
Ayətullah Sistaninin ofisinin bəyanatında həmçinin bildirilir: “Qəzza zolağında baş verən şiddətli aclıqla bağlı mediada yayımlanan dəhşətli görüntülər, vicdanı olan heç bir insana yemək və içməkdən həzz almağa imkan vermir”.
4296253