IQNA

Məhəmməd Əbdülvəhhab Təntavinin İrana səfəri və gözəl xatirələri

19:27 - July 29, 2025
Xəbər sayı: 3498606
İQNA - Misirli məşhur qarilərdən biri olan şeyx Məhəmməd Əbdülvahab Təntavi ömrü boyu bir çox ölkəyə səfər etmişdi; lakin İrana səfərini iranlıların isti qarşılaması səbəbilə sözlə ifadəolunmaz adlandırırdı.

 

“İQNA”-nın “newsroom”-a istinadla verdiyi xəbərə görə, dünən, 26 iyul 2025-ci il, Misir qiraət dünyasının tanınmış siması olan şeyx Məhəmməd Əbdülvahab Təntavinin vəfatının səkkizinci ildönümü idi. Aşağıdakı reportajda onun həyatının əsas mərhələlərini nəzərdən keçiririk.

Şeyx Məhəmməd Əbdülvahab Təntavi 3 oktyabr 1947-ci ildə Misirin Dəqəhlə vilayətinin Mansura şəhərinə bağlı Ən-Nəsimiyyə kəndində anadan olub. O, Qurani-Kərimi 10 yaşında, yəni 1957-ci ildə, şeyx Sələh Məhəmmədin nəzarəti altında tam şəkildə hifz etmişdi.

Atası Hacı Əbdülvahab Təntavinin arzusu o idi ki, bu oğlunu Qurana həsr etsin, bu səbəblə ona Məhəmməd adını vermişdi. O, 1958–1959-cu illərdə ibtidai məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Mansura dini institutuna daxil olub dini elmləri öyrənmiş və Əl-Əzhər universitetinə qoşulmuşdu. Kəndin mədrəsəsində Quranı yaxşı mənimsədiyi üçün dərsləri asanlıqla və uğurla öyrənirdi. Bu səbəbdən müəllimləri və şeyxləri ona xüsusi diqqət yetirirdilər. Çünki onda gözəl və şirin səslə Quran oxumağa, dualar və peyğəmbər mədhiyyələri oxumağa böyük maraq və istedad aşkar idi.

1975-ci ildə Qahirədə yerləşən Əl-Əzhər Universitetinin Din əsasları fakültəsinin Əqidə ixtisası üzrə bakalavr dərəcəsini almış və məzun olduqdan dərhal sonra Əzhərdə xətib kimi fəaliyyətə başlamışdı. O, həmçinin Mübarək Ramazan ayında dünyanın bir çox ölkəsinə səfər etmiş və oradakı müsəlman icmalar üçün Quran tilavət etmişdi.

Şeyx Məhəmməd Əbdülvahab Təntavinin ustadları arasında Şeyx Mustafa İsmayıl, Şeyx Məhəmməd Əbdüləziz Həssan, Şeyx Rağib Mustəfa Ğəlvəş və Şeyx Mahmud Əli əl-Bənna kimi böyük qari və alimlər olmuşdur. O, 1984-cü ildə Misir Radio və Televiziya İttifaqına qoşulmuşdu.

O, hicri tarixi ilə 1438-ci ilin 3 Zilqədə günü, miladi təqvimlə 26 iyul 2017-ci ildə, 70 yaşında vəfat etmişdir. Cənazəsi, zöhr namazından sonra doğulduğu Ən-Nəsimiyyə kəndində çoxsaylı insanların iştirakı ilə dəfn edilmişdir.

Bu misirli qari bir çox ölkəyə səfər etmişdi, lakin iranlıların isti qarşılamasına görə İrana səfərini sözlə ifadə edilə bilməyən bir təcrübə hesab edirdi.

Sonda isə sizə Şeyx Məhəmməd Əbdülvahab Təntavinin 2000-ci ildə Misirdə yerləşən Məhəmməd ibn Əbu Bəkr məscidində icra etdiyi, Nəbə surəsinin 31–39-cu ayələrinin nadir tərtil qiraət videosunu təqdim edirik.

kod

4296558

Teqlər: quran ، misir ، Misir qarisi ، qiraət
captcha