“İQNA” informasiya agentliyinin İranın Malayziyadakı Mədəniyyət üzrə müşavirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, Malayziya mədəniyyət rəsmilərinin rəsmi dəvəti ilə İran İslam Respublikasının Malayziyadakı Mədəniyyət üzrə müşavirliyi və «Nəxle-ye Səbz» nəşriyyatı Johor Bahru ştatında keçirilən Malayziya Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Hindistan, Çin, İndoneziya, Malayziya, Sinqapur, Türkiyə və İran kimi ölkələrin iştirakı ilə keçirilən bu beynəlxalq sərgi 31 iyul – 4 avqust tarixlərində baş tutub və Cənub-Şərqi Asiyanın önəmli mədəni tədbirlərindən biri sayılır.
İran İslam Respublikasının stendi bu mədəni tədbirdə uşaq və yeniyetmələr üçün roman və hekayələr toplusu ilə iştirak edib və diqqətçəkən iştirakı sərgi ziyarətçiləri, təşkilatçıları və məsul şəxslər tərəfindən böyük maraq və təqdirlə qarşılanıb.
Eyni zamanda sərgi çərçivəsində ölkələrin sənətkarlıq nümunələrinin təqdim olunduğu ayrıca bölmə də təşkil olunub. Bu bölmədə də İran İslam Respublikasının pavilyonu ənənəvi İran incəsənətindən nümunələrlə çıxış edərək geniş auditoriyanın marağına səbəb olub.
Bu mədəni tədbirin ziyarətçiləri İran xalqının düşmənlərə qarşı 12 günlük müqavimətini təqdir etməklə yanaşı, İranın zəngin mədəniyyəti və sivilizasiyasını da xatırlayıblar və İranın sərgidə iştirakını bu xalqın mədəni, ədəbi və bədii kimliyi ilə daha yaxından tanış olmaq üçün dəyərli fürsət adlandırıblar.
Malayziya Beynəlxalq Kitab Sərgisi, İranın ədəbi və bədii potensialını beynəlxalq səviyyədə tanıtmaq və mədəni diplomatiya üçün münasib bir platforma yaradıb. Bu tədbirdə İranın Mədəniyyət üzrə müşavirliyinin fəal iştirakı isə xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsi və İran-İslam mədəniyyətinin mənəviyyat və müqavimət siması ilə dünyaya təqdim olunması istiqamətində təsirli bir addım hesab olunur.
4298209