IQNA

Qəzzədə “Əl Cəzirə” jurnalistlərinin qətlə yetirilməsi qınanıb

5:23 - August 12, 2025
Xəbər sayı: 3498678
İQNA – Qətərdə yerləşən “Əl Cəzirə” telekanalı avqustun 10-da İsrailin Qəzzədə beş əməkdaşını qətlə yetirməsini pisləyib.

İQNA-nın xəbəriə görə, İsrail ordusu Qəzzə şəhərində “Əş Şifa” xəstəxanası yaxınlığında media işçilərinin istifadə etdiyi çadırı bombalayaraq “Əl Cəzirə” müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Qureyqə, operatorlar İbrahim Zahir və Mumin Əlivə, həmçinin köməkçi Məhəmməd Nufalı şəhid edib. Telekanal bu addımı “Qəzzənin işğalını ifşa edən səsləri susdurmaq cəhdi” adlandırıb. Jurnalistləri Müdafiə Komitəsi, Milli Mətbuat Klubu və Mətbuat Azadlığı Fondu hücumu qınayaraq məsuliyyət tələb edib. İsrail isə Ənəs əl-Şərifi “HƏMAS-a rəhbərlikdə” ittiham etsə də, iddialarını sübut edən fakt təqdim etməyib.
3494208

Teqlər: jurnalist ، əlcəzirə ، qəzzə
captcha