“İQNA”-nın Kəşmirdən verdiyi xəbərə görə, kəşmirli tanınmış şiə alimi Seyid Məhəmməd Hadi sərginin açılış mərasimində deyib: “Quran və Aşura sərgisi hazırda Kəşmir Universitetində Tibyan Quran Tədqiqat İnstitutu tərəfindən təşkil olunub və sərgidə Aşura və Qurani-Kərim mövzulu rəsm və xəttatlıq işlərinə xüsusi diqqət yetirilib.”
O əlavə edib: “Bu sərginin keçirilməsinin məqsədi Aşuranın mesajını – Peyğəmbərin (s) sünnətini diriltmək, Allahın kəlamını yaşatmaq və Qurandan qaynaqlanan təlimləri cəmiyyətin dərinliklərində diri saxlamaqdır. Çünki Aşura qiyamının əsas hədəfi də bundan başqa deyildi.”
Seyid Məhəmməd davam edərək bildirib: “İkincisi, bu sərgidə təqdim olunan sənət əsərləri gənc nəsil tərəfindən ərsəyə gətirilib və biz əminik ki, əgər gənclər bu sahəyə daxil olub rəssamlıq və xəttatlığı Quran təlimləri ilə birləşdirərlərsə, müxtəlif zərər və təhlükələrdən uzaq olacaqlar. Biz belə proqramlara ehtiyac duyuruq və ümid edirik ki, universitet özü bu tədbirləri davam etdirəcək və cəmiyyətin problemlərinin həlli üçün də məhz incəsənət vasitəsilə çıxış yolları təqdim edəcək.”
4301173