“İQNA”-nın “Əkaz” qəzetinin saytına istinadla verdiyi xəbərə görə, İslam Dünyası Liqası beynəlxalq ictimaiyyəti işğalçı İsrail hökumətinin davamlı cinayətkar davranışlarının, beynəlxalq və humanitar qanun və normalara qarşı dəhşətli şəkildə zidd getməsinin ağır nəticələri barədə xəbərdar edib.
İslam Dünyası Liqasının baş katibliyinin bəyanatında, Baş katib və Müsəlman Alimlər Birliyinin sədri doktor Məhəmməd bin Əbdülkərim əl-İsa vurğulayıb ki, bu ifratçı hökumət Fələstin xalqı, bölgə və beynəlxalq ictimaiyyət üçün ciddi bir təhdiddir. O həmçinin mülki şəxslərin müdafiəsi, müharibənin dayandırılması və ədalətli, hərtərəfli və davamlı sülhün yaradılması istiqamətindəki bütün səylərə böyük maneə olduğunu bildirib.
Müsəlman Alimlər Birliyinin baş katibi, İslam Dünyası Liqasının beynəlxalq ictimaiyyətə təcili müraciətini bir daha təkrarlayaraq, onların mənəvi və hüquqi məsuliyyətlərini yerinə yetirməyə, Qəzza uşaqlarına qarşı həyata keçirilən aclıq və soyqırımına son qoymaq üçün ciddi və təxirəsalınmaz mövqe tutmağa çağırıb.
Bəyanatda sionist rejimin fələstinli xalqın həyatına, insan haqlarına və ləyaqətinə qarşı zorakılığı və sayğısızlığı pislənib.
4301348