IQNA

7-ci Müsəlman Tələbələrin Quran Müsabiqəsinə İranın 2 nümayəndəsinin seçilməsi

5:30 - August 28, 2025
Xəbər sayı: 3498767
İQNA - Müsəlman Tələbələrin 7-ci Beynəlxalq Quran Müsabiqəsində İranın iki nümayəndəsinin seçilməsi məqsədilə tam əzbər və tədqiq tilavəti üzrə seçmə mərhələ ölkənin Tələbə Quran Təşkilatında keçirilib.

“İQNA” müxbirinin məlumatına görə, xarici tələbələr üçün nəzərdə tutulmuş 7-ci beynəlxalq Quran müsabiqəsinin ilkin mərhələsi başa çatdıqdan sonra, İran İslam Respublikasının iki nümayəndəsinin seçilməsi üzrə mərhələ icra olunub.

Milli və beynəlxalq səviyyəli beş Quran münsifi, Tələbə Quran Təşkilatının media studiyasında canlı görüntülü əlaqə vasitəsilə bu tədbiri qeyri-əyanı şəkildə qiymətləndiriblər.

Münsiflər heyətində bu şəxslər yer alıb:

Ustad Məhəmmədhüseyn Səidian – səs sahəsi üzrə,

Abbas İmamcümə – təcvid üzrə,

Mötəz Aqayi – düzgün əzbərləmə,

Səid Rəhmani – vəqf və ibtidalar,

Məhəmməd Yarəhmədi – ləhn (melodiya) üzrə.

Seçmə mərhələdə, ölkənin müxtəlif bölgələrində yerləşən Cihad-Danışqahinin ofislərində əyləşmiş 11 iranlı tələbə, beynəlxalq Quran müsabiqəsinin nizamnaməsinə uyğun olaraq münsiflər qarşısında çıxış edib. Bu tələbələr, Milli Tələbə Quran Festivalının müxtəlif dövrlərində yüksək yerlər qazanmış şəxslərdir.

4301681

Teqlər: müsabiqə ، müsəlman ، Tələbə ، iran
captcha