IQNA

Mərakeşdə qadınların əlyazma Quranı yeni formatda təqdim olunur

11:33 - September 08, 2025
Xəbər sayı: 3498824
İQNA - Mərakeşin Vəqflər və İslam İşləri naziri ölkədə keçirilən savadsızlığın aradan qaldırılması dərslərində iştirak edən qadınların əlyazma Qurani-Kəriminin yeni formatda təqdim ediləcəyini bildirib.

“Alomq”un məlumatına görə, Mərakeşin Vəqflər və İslam İşləri naziri Əhməd Tovfiq açıqlayıb: “Nazirlik 75 mindən çox qadının əlyazma ilə köçürdüyü unikal Qurani-Kərimi tam qüsursuz şəkildə yeni bir formatda təqdim etməyə hazırlaşır”.

O əlavə edib ki, Mərakeşdə Qurani-Kərim proqramlarında qadınların iştirakı 70 faizdən çoxdur və onların sayı 250 mindən artıqdır.

Tovfiq deyib: “Nazirliyin statistikaları göstərir ki, məscidlərdə savadsızlığın aradan qaldırılması proqramlarında iştirak edənlərin böyük bir qismi hafizdir və bu proqramların əsas məqsədi oxumağı öyrətməklə Quran tilavətini asanlaşdırmaqdır”.

Nazirliyin məlumatına görə, Qurani-Kərimin 77 mindən çox kəlmədən ibarət olan bu nüsxəsinin köçürülməsində 75 mindən artıq mərakeşli qadın iştirak edib. Bu Quran, Mərakeşdə Qurani-Kərimin nəşri üzrə fəaliyyət göstərən Məhəmməd Sədis Fondunun təsdiqlədiyi və Vəqflər Nazirliyinin nəzarəti ilə yazılan Müshəf Məhəmmədiyə uyğun şəkildə kitabət olunub.

Xatırladaq ki, Müshəf Məhəmmədinin bir nüsxəsi 2015-ci ildə Ramazan dərslərinin açılış mərasimində Mərakeş kralı 6-cı Məhəmmədə təqdim olunmuşdu.

Bu Quran mərakeş naxışlı qızılgüllərlə bəzədilib və xüsusi ipək cilddə təqdim olunur.

4303605

Teqlər: mərakeş ، əlyazma ، quran ، İslam
captcha