“İQNA”-nın “muslim.ru”-ya istinadən verdiyi xəbərə görə, ilk “Bərəkət” pərakəndə mağazası 2016-cı ilin martında Moskva Məscid Kompleksinin ərazisində müfti Şeyx Ravil Aynuddinov tərəfindən açılıb.
Bu mağazanın açılması müsəlmanların, məscid ziyarətçilərinin, eləcə də paytaxt Moskvaya gələn çoxsaylı turist və qonaqların yüksək tələbatı ilə əlaqədar olub.
Hazırda “Bərəkət” mağazası yalnız fiziki filiallarla kifayətlənməyərək, müsəlmanların ehtiyac duyduğu keyfiyyətli malların və suvenirlərin satışını həyata keçirən ən müasir onlayn platformaya çevrilib. Mağazanın saytında Rusiyadakı müsəlmanlar arasında geniş yayılmış dillərdə dini kitablar və duaları da sifariş etmək mümkündür.
“Bərəkət” mağazasının məhsul çeşidi 10 mindən çox adda halal sertifikatlı mal və suvenirdən ibarətdir. Buraya müxtəlif İslam simvolları ilə bağlı əşyalar, məişət malları, gündəlik istifadə məhsulları və baxım vasitələri daxildir. Bunun sayəsində Rusiyanın hər yerində yaşayan müsəlmanlar ehtiyac duyduqları halal məhsulları onlayn şəkildə sifariş edə bilirlər.
“Bərəkət” mağazalar şəbəkəsi Rusiyada aktiv şəkildə genişlənməkdədir və artıq ölkənin müxtəlif yerlərində filiallar açılıb.
Mağazanın əsas filialı Moskva Məscid Kompleksinin daxilində yerləşir. Onlayn alış-veriş üçün isə barakat-shop.ru ünvanına daxil olmaq kifayətdir.
4304926