“İQNA”-nın “altaj.news”-a istinadla verdiyi xəbərə görə, nazirlik yaydığı bəyanatda bildirib ki, bu yarışlar yeddi istiqamətdə keçiriləcək: Bütün Quranın hifzi, 25 cüz, 20 cüz, 15 cüz, 10 cüz, 5 cüz və 1 cüzün hifzi.
Müsabiqəyə 8 yaşdan 30 yaşadək olan müxtəlif yaş qrupları qatılacaq və hər istiqamət müəyyən bir yaş qrupu üçün nəzərdə tutulub.
Qeydiyyat 15 oktyabr 2025-ci ilədək davam edəcək və «https://h-qran-c.awqaf.gov.jo/» saytına daxil olmaqla mümkündür.
Qeyd edək ki, Haşimi Quran Müsabiqəsi İordaniyada hər il keçirilən milli və beynəlxalq Quran yarışlarından biridir.
Bu yarışlar İordaniya kralının və ölkənin Vəqflər, İşlər və İslam Mədəniyyətləri Nazirliyinin nəzarəti ilə təşkil olunur və ilk dəfə 1993-cü ildə keçirilib.
Müsabiqə qadınlar və kişilər üzrə iki bölmədə təşkil olunur və əsas məqsədi Qurani-Kərimin hifzi və tilavətini gücləndirmək, xüsusilə də gənclər arasında ilahi kəlamın əhəmiyyətinə diqqəti artırmaqdır.
4305325