IQNA

Fələstinli qaçqın çadırı müharibədə yetim uşaqların Quran pənahı

9:26 - September 18, 2025
Xəbər sayı: 3498887
İQNA - Sionist rejiminin genişmiqyaslı hücum və müharibəsinə şahidlik edən Qəzza zolağında fələstinli uşaqlar Quranı əzbərləməkdən geri qalmır, qaçqın düşərgələrində Qurani-Kərimi əzbərləyib xətm edirlər.

“İQNA”-nın “Rudav Net”ə istinadla verdiyi xəbərə görə, müharibənin ilk aylarında atasını İsrail bombardmanında itirmiş Səci Ayyaş, qaçqın düşərgəsindən çıxaraq Qəzzanın cənubunda yetimlərin dəstəklənməsi üçün ayrılmış “Əl-Bərəkə” qaçqın düşərgəsində 500 qız və oğlan yetim üçün təşkil olunmuş Quran əzbərləmə kursunda iştirak edib.

Quran hafizi olan Səci “Rudav Net” media şəbəkəsinə deyib: “Biz şəhid övladlarıyıq, atalarımız çox çalışdılar ki, biz Quran hafizi olaq və qiyamət günü onların başına kəramət tacı qoyaq.”

Səci əlavə edib: “Mən şəhid qızı olaraq bu düşərgədə Quranı əzbərlədiyim və əzbərdən tilavət etdiyim üçün qürur duyuram. Ümid edirəm ki, Quranı əzbərləmək və oxumaq atam üçün fəxr və behiştdə mükafat olsun.”

Digər fələstinli uşaq Seyf Əbubəkr də Quran xətm mərasimində iştirak edib. O, Qəzza müharibəsində bütün ailəsini itirib və ailəsinin yeganə sağ qalan üzvüdür.

O deyib: “Biz təhlükəsizlik və xoşbəxtlik içində yaşayırdıq, lakin bu müharibədə atam, anam və üç bacım İsrail bombardmanında şəhid oldu. Mən isə yaralı və yanmış halda qaçaraq xilas oldum.”

Bu fələstinli uşaq vurğulayıb: “Zülm, ağrı və aclığa baxmayaraq, Allahın kitabını əzbərləməyi və Peyğəmbərin (s) sünnəsinə əməl etməyi davam etdirəcəyəm.”

Başqa bir fələstinli yetim Muaz Əbu Əcvə isə Quran xətmində iştirak edərkən atasını xatırladıqda göz yaşlarını saxlaya bilməyib.  O deyib: “Mən Quranı əzbərləyirəm və bu Quran xətmində iştirak edirəm ki, atama behiştdə savab və mükafat göndərim.”

Muaz əlavə edib: “İtkilər və ağrılara baxmayaraq, Quranla yolumu davam etdirəcəyəm ki, atamı behiştdə sevindirim və Quranı əzbərləməyimin, tilavətimin savabı ona çatsın.”

Qeyd edək ki, Fələstinin Qəzza zolağındakı Vəqf və Dini İşlər Nazirliyinin məlumatına görə, Qəzzada məscidlərin 90 faizindən çoxu dağıdılıb və fələstinlilər Quranı məcburən qaçqın çadırlarında əzbərləyirlər.

4305605

captcha