IQNA

“Mısır Quran Kərim” kanalında Şeyx Husrinin doğum günü münasibətilə anım mərasimi

11:58 - September 19, 2025
Xəbər sayı: 3498889
İQNA - “Mısır Quran Kərim” peyk kanalı mərhum misirli qari Şeyx Mahmud Xəlil əl-Husrinin doğum günü münasibətilə xüsusi proqram yayımlayacaq.

“İQNA”-nın “aldawlanews-“ə istinadla verdiyi xəbərə görə, bu kanal 17 sentyabr 2025-ci il tarixində mərhum qari Mahmud Xəlil əl-Husrinin doğum günü münasibətilə xüsusi proqram efirə verəcək.

Kanal bildirib ki, bu proqramda Şeyx Husrinin Quran tilavətlərindən iki cüz tam şəkildə yayımlanacaq. Birinci cüz yerli vaxtla saat 11:09-da efirə gedəcək və 30-cu cüz – Nəbə surəsinin əvvəlindən Nas surəsinin sonuna qədər olacaq.

Bundan əlavə, mərhum qarinin səsi ilə Quranın 10-cu cüzü də yerli vaxtla gecə saat 00:26-da “Mısır Quran Kərim” kanalında yayımlanacaq. Bu hissə “Ənfal” surəsinin 41-ci ayəsindən “Tövbə” surəsinin 92-ci ayəsinə qədər olan tilavəti əhatə edəcək.

Şeyx Mahmud Xəlil əl-Husri, 17 sentyabr 1917-ci ildə Tanta şəhərinin “Şubra əl-Nəmələ” kəndində dünyaya gəlib.

O, Əbdül-Basit, Menşavi və Mustafa İsmayıl ilə yanaşı İslam dünyasında təsirinə görə müasir dövrün dörd böyük qarisi arasında göstərilir.

Husri Qurani-Kərimi ilk dəfə tərtil üslubunda oxuyan və kaset lentlərinə yazdıran qaridir. O, Qurani-Kərimin “qiraət əl-əşrə” (on qiraət) qaydaları ilə tilavətində mahir idi və müxtəlif rəvayətlərə əsasən çoxlu sayda tilavətləri səs yazısı şəklində mövcuddur.

4305492

Teqlər: quran ، qari ، misir ، tilavət
captcha