IQNA

Bəhreynli ruhani İQNA-ya müsahibəsində:

12:46 - September 20, 2025
Xəbər sayı: 3498893
İQNA - Ümmətin həmrəyliyinin gerçəkləşməsi nəbəvi sünnəyə bağlılıqla mümkündür

 

Qumda Bəhreynlilərin İslam Elmləri Hövzəsinin müdiri vurğulayıb ki, Peyğəmbər (s) bütün aləmlər üçün rəhmət idi və bildirib: “İslam ümmətinin həqiqi həmrəyliyə çatması nəbəvi sünnəyə sarılmaqla mümkündür”.

Qumda Bəhreynlilərin İslam Elmləri Hövzəsinin müdiri Şeyx Abdullah Dəqqaq, 39-cu Beynəlxalq İslam Vahdət Konfransının kənarında “İQNA”-ya müsahibəsində deyib: “Uca Allah Quranda buyurub: «Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik» (Ənbiya surəsi, 107-ci ayə). Bu ayəyə əsasən Həzrət Məhəmməd (s) bütün aləmlər üçün rəhmət idi.”

O əlavə edib: “Bu il Peyğəmbərin (s) besətindən və mövludundan 1500 il keçir. Bu da o deməkdir ki, min beş yüz ildir ki, Allahın rəhməti Peyğəmbərin (s) mövludu ilə bizi əhatə edib.”

Şeyx Dəqqaq vurğulayıb: “Əgər biz nəbəvi həyat və sirəni real şəkildə təsvir etmək istəsək, ilahi və nəbəvi təlimlərdən bəhrələnməli və onları həyatımızda tətbiq etməliyik.”

Bu bəhreynli alim qeyd edib: “Necə ki, İslam Peyğəmbəri (s) və Onunla olanlar «Kafirlərə qarşı sərt, bir-birlərinə qarşı mərhəmətli idilər» (Fəth surəsi, 29-cu ayə), biz də nəbəvi sünnəni doğru şəkildə təsvir etmək üçün İslam ümməti arasında birliyin köklərini möhkəmləndirməli, həmrəylik və həmkarlığı artırmalı və düşmənlərin, o cümlədən Amerika və sionist rejimin gözündə tikan olmalıyıq.”

Qumda Bəhreynlilərin İslam Elmləri Hövzəsinin müdiri həmçinin deyib: “Əgər biz həqiqi müsəlmanlar və Həzrət Məhəmmədin (s) sadiq davamçıları olmaq istəyiriksə, bir tərəfdən aramızda şəfqət və həmrəylik hökm sürməli, digər tərəfdən isə kafirlərin, zalımların və zülm edənlərin düşməni olmalıyıq.”

Sonda o vurğulayıb: “Nəbəvi sünnəyə əməl etməklə biz insanlar arasında ən yaxşı ümmət ola bilərik; elə bir ümmət ki, əmr be-məruf və nəhy əz-münkər icra edər və «Siz insanlar üçün çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirirsiniz» (Ali-İmran surəsi, 110-cu ayə) ayəsinin nümunəsi olar.”

kod

4305358

captcha